“AQROLİZİNQ” İN ŞƏKİ REGİONAL BAZASI FERMERLƏRƏ YENİ TEXNİKA VƏ XİDMƏTLƏR TƏKLİF EDİR
Güzəştli şərtlərlə fermerlərin istifadəsinə veriləcək yeni texnika dəstinə Çin istehsalı olan 2 ədəd kombayn, Belarusda istehsal olunmuş 3 ədəd traktor, Türkiyə istehsalı olan 9 ədəd toxumsəpən aqreqat, 6 ədəd 3 və 4 korpuslu kotan, 3 ədəd otbiçən, habelə çiləyici aqreqatlar, çalaqazan, diskli mala, yer hamarlayan, traktor qoşqusu və digər avadanlıq daxildir. Bazadan bildirmişlər ki, yeni xidmət növündən faydalanmaq istəyən bölgə fermerləri artıq ilk müraciətlərini etmişlər.
Gələcəkdə bazada istehsalçılara hərtərəfli texniki servis xidmətləri göstərilməklə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədi ilə gübrələrin alınması, saxlanılması və satışı da təşkil ediləcəkdir. Tezliklə regional bazanın bölgənin rayonlarında yerli nümayəndəliklərinin açılması da nəzərdə tutulur.