Aqroparklarda pivotaltı sahələr 100 min hektara çatdırılacaq
Bakı, 17 mart, AZƏRTAC
Müasir suvarma sistemləri ənənəvi metodla müqayisədə suya 2 dəfəyədək qənaət etməklə məhsuldarlığın 50 faizdən çox artmasına müsbət təsir edir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda pivot suvarma sistemlərinin tətbiqi ilə suvarılan sahələr son 3 ildə 5.5 min hektar artaraq 46.2 min hektara çatıb. Bu, ölkədə pivot sistemlər ilə suvarılan ümumi 57.4 min hektar sahənin 80 faizini təşkil edir. Növbəti 5 il ərzində aqroparklarda pivotaltı sahənin 100 min hektara çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]