“Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda konfrans keçiriləcək
Bakı, 17 mart, AZƏRTAC
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Aqrosenozların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iyunun 3-4-də keçiriləcək konfransın məqsədi elmi tədqiqatların təqdimatı, müzakirəsi və fikir mübadiləsinin aparılmasıdır. Konfrans ilə bağlı materiallar məqalə formasında qəbul edilir. Məqalələrin həcmi 5 səhifədən çox olmamalı və [email protected] ünvanına göndərilməlidir.
Məqalələr mayın 15-dək qəbul ediləcək.