“Aqroservis” ASC-nin sədri Xızıda vətəndaşlarla görüşəcək
Bakı, 15 yanvar, AZƏRTAC
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov yanvarın 19-da, saat 10:00-da Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-546-88-70) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]
Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu
- 09.10.2026 [13:49]
Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb
- 09.10.2026 [13:25]
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO
- 09.10.2026 [11:04]