AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
Bakı, 9 dekabr, AZƏRTAC
Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Agentliyin əməkdaşları tərəfindən dekabrın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 408 ictimai iaşə obyektində 799 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 19-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhəri, D.Əliyeva 212 ünvanında yerləşən, Hüquqi şəxs "Amir X" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe, M. Nərimanov 2075 ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Amil Vahid oğluna məxsus kafe, M.Cəlal E 37 ünvanında yerləşən, fiziki şəxs Cəfərova Rəsmiyyə Yusif qızına məxsus kafe, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Abdullayev Cabbar Alcan oğluna məxsus “Təndir evi” kafesi, A.Nemətulla ev 232 ünvanında yerləşən, fiziki şəxs Əliyeva Ruhiyə Əli qızına məxsus kafe, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, fiziki şəxs Kərimov Heybət Allahverən oğluna məxsus “Cavidan” kafesi, 17-ci mikrorayon Niyazi küçəsində yerləşən, fiziki şəxs Behbudov İlqar Eldar oğluna məxsus "Dağ çiçəyi" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Rzayev Orxan Telman oğluna məxsus "Love palace" kafesi, 18-ci məhəllədə yerləşən, fiziki şəxs Abdulhəşimova Xatin Bəxtiyar qızına məxsus "Sünbül" kafesi, məhəllə 16, 1 nömrəli məktəbin yanında yerləşən, fiziki şəxs Həsənova Reyhan Rəhim qızına məxsus "Kişmiş" kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Ələkbərov Orxan Əfqan oğluna məxsus "Yelkən" kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Tapdıqov Ruslan Qivami oğluna məxsus “İbiza” restoranı, Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Turan Qədir oğluna məxsus "Sahil" kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Etibar Ramazan oğluna məxsus "Duyğu" restoranı, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Sultanov Məcid Faiq oğluna məxsus “Uğur Qutab” kafesi, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Bağırov Əhməd Əsgər oğluna məxsus kafe, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Musayev Mahir Humay qızına məxsus "Şahdağ" kafesi, Xirdalan şəhəri, Bakı-Sumqayıt şosesi 16-cı kilometrliyində yerləşən, fiziki şəxs Mikayılov Xəyal Ramiz oğluna məxsus kafe və Ağstafa şəhəri, H.Əliyev prospekti, fiziki şəxs Kərimov Kərim Həsənli oğluna məxsus çay evində daha çox uyğunsuzluqlar aşkar edilib.
Qida Təhlükəsizliyi Agentliyi Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.