AQTA sədri Oğuzda vətəndaşların müraciətlərini dinləyib, istehsal müəssisələrinə baş çəkib
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mayın 15-i Oğuzda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Sonra vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
AQTA sədri səfər çərçivəsində Oğuzda yerləşən "CPC" və Qaxdakı "Ulu Aqro" MMC-lərdə istehsal prosesi ilə yaxından tanış olub.