Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arabaçılıqdan xanəndəliyə uzanan yol

Bakı, 23 may, AZƏRTAC

1880-ci il yazın qırx beşinci günü idi. Meşələr, dərələr, təpələr artıq öz ağ yapıncılarını çiyinlərindən atıb, yaşıl donlarını əyinlərinə keçirərək şirin zümzümələri ilə hamını mavi qoynuna səsləyirdi. Gül gülü, bülbül bülbülü çağıran bu yerləri təsvir etmək sözlə mümkün deyildi. Belə bir xoş gündə malıbəyli camaatının sevincinin həddi-hüdudu yox idi. Axı onların inam, güman yeri, pənahgahı olan Xan qızı Natəvan yenicə çəkdirdiyi bulağın açılışına buyurmuşdu. Xurşidbanu bəyim bu xeyirxah əməli işdə malıbəylilərin ən böyük arzularından birini həyata keçirmiş, öz təşəbbüsü və şəxsi yardımı ilə kəndi içməli su ilə təmin etmişdi. Kənd camaatı da Xan qızına hörmət və ehtiramlarını bir daha bildirmək üçün onun gəlişinə qurban kəsərək bulaq başında məclis qurmuşdu. Ümumiyyətlə, bu el qızı həmişə Malıbəyliyə gələndə sanki özü ilə yeni bir ab-hava, sevinc, şadlıq da gətirirdi. Xurşidbanu bəyim malıbəylilərin dərd-səri ilə müntəzəm maraqlanır, həyati problemlərinin həllinə yaxından köməklik göstərir, bəzən də xeyir-şər məclislərinin başında dururdu.

Tədqiqatçı-jurnalist Vasif Quliyevin “Malıbəyli Həmid” məqaləsində bu barədə söhbət açılır. AZƏRTAC həmin məqaləni təqdim edir.

Saxsı borularla dağların, daşların arasından süzülüb gələn göz yaşı kimi dumduru su kəndliləri sanki aydınlığa qovuşdurmuş, onların həyat mənbəyinin birinə çevrilmişdi. İllər boyu həsrətini çəkdikləri istəklərinə çatan malıbəylilər bulağın gözündən doyunca su içir, bir-birlərinə gözaydınlığı verir, “oxqay” deyərək Xan qızına cansağlığı diləyir, dədə-babalarına rəhmət oxuyurdular.

Bu yeni su mənbəyinə Xurşidbanu bəyimin təklifi ilə “Novlu bulaq” adı verildi. Hamı yerə sərilmiş geniş və böyük xalıların üzərində açılan iri süfrələrin arxasında oturub bu təntənəni qeyd edirdi. Xan qızının Şuşadan özü ilə gətirdiyi şairlər və musiqiçilər dəstəsinin üzvləri məclis boyu su haqqında, xeyirxahlıq haqqında şeirlər söyləyir, mahnı, təsnif, muğam oxuyur, bu el bayramını daha da şənləndirirdi. Malıbəyli camaatının daimi qonaqları olan məşhur tarzən Sadıqcanın tarının xoş sədaları və görkəmli xanəndə Hacı Hüsünün şaqraq zəngulələri ətrafa yayılaraq kəndin cavanlarını və uşaqlarını da çəkib bulaq başına gətirmişdi.

Bir az aralıda, göy otların üzərində bardaş qurub oturmuş on-on iki yaşlı bir oğlan uşağının fikri-zikri isə musiqiçilərdə idi. O, xüsusi bir həvəs və məhəbbətlə çalıb-oxuyanları seyr edir, maraq və sevinc dolu baxışlarını bir an da olsun onlardan çəkmirdi. Kəndin mötəbər və nüfuzlu şəxslərindən sayılan Böyük Hacı Məmməd kişi qonşusu İmamqulunun oğlu Həmidi gözü alanda bir qədər sevincək oldu. Çünki bu uşağın məlahətli və şirin səsini o, dəfələrlə eşitmiş və oğlunu Şuşaya aparıb, xanəndələrin birinə şəyird verməyi atasına məsləhət bilmişdi. Ona görə də Hacı Məmməd kişi bugünkü fürsətdən istifadə edərək qonşusunun oğlunu musiqiçilərlə tanış eləmək fikrinə düşdü. Həmidi Xan qızına və musiqiçilərə göstərib, yaxşı səsi olduğunu söylədi...

Həmid utancaq halda musiqiçilərə yaxınlaşdı. Salam verib, Hacı Hüsünün böyründə dayandı. Xanəndə sınayıcı nəzərlərlə uşağı başdan-ayağa süzüb, mehribanlıqla soruşdu:

-Oğlum, hansı mahnını oxumaq istəyirsən? -Uşağın çəkindiyini görüb, əlavə elədi: -Utanma, de! Sadıq əmin tarda çalsın, sən də oxu!

Həmid utana-utana “Segah” oxumaq istəyirəm! - dedi. Musiqiçilər bu uşağın belə “yuxarıdan getməsinə” təəccüblənsələr də, heç nə demədilər. Sadıqcan Həmidi həvəsləndirmək, cuşa gətirmək üçün tarın pərdələrində gəzişməyə başladı. Sonra ayaq verib, uşağın oxumasını gözlədi. Həmid pəsdən oxumağa başladı. Hamının diqqəti onda idi. Bu balaca “xanəndə” vaxtı ilə kənd toylarında böyük xanəndələrin, xüsusən də, elə Hacı Hüsünün özündən eşitdiklərini “dənliyinə yığıb” indi onun özünə qaytarırdı. Həmid “Segah”ın bir neçə şöbəsini şirin uşaq səsiylə, yanıqlı zəngulələrlə başa vurub, böyüklərə məxsus bir əda ilə dinləyicilərinin qarşısında baş əydi. Bu vaxt Xurşidbanu bəyim irəli yeriyib, uşağın üz-gözündən öpdü, başını sığallayaraq: “əhsən, oğlum” deyib, üzünü musiqiçilərə tutdu:

-Mən həmişə sizə deyirdimmi ki, bu kənddə istedadlı uşaqlar çoxdur, onları arayıb-axtarmaq, üzə çıxarmaq lazımdır. Bax, görürsünüz də bu uşağı, bülbül kimi necə də cəh-cəh vurdu! Hacı, uşağın atası ilə danış, onu Qalaya apar, məclisinə cəlb elə. Bütün xərci də mənim boynuma...

Hacı Hüsü də, Sadıqcan da “baş üstə” deyərək Hacı Məmməddən xahiş elədilər ki, Həmidin atasının razılığını alsın və uşağı Şuşaya gətirsinlər.

Məclis axşama yaxın sona yetdi. Qonaqlar Şuşaya yola salındı, kənd camaatı da dağılışıb öz evlərinə getdi.

Həmid isə həmin gecə sevincindən yata bilmədi. Uzaq səfərdə olan atasının gəlişini səbirsizliklə gözləməyə başladı... Nəhayət, on-on beş gündən sonra arabaçı İmamqulu kişi İran səfərindən qayıtdı və Həmid əhvalatı atasına danışdı. Üstəlik, Hacı Məmməd kişi də Xan qızının və musiqiçilərin sözlərini ona yetirdi. Ancaq nədənsə İmamqulu kiçi oğlunun atasının peşəsini davam etdirməsinə üstünlük verdi və özü ilə onu uzaq-uzaq səfərlərə apardı.

Beləliklə, Həmid arabaçılığı özünə peşə seçdi. Gah sərnişin aparıb gətirdi, gah da yük daşıdı. Ancaq xanəndə olmaq onun həmişəlik arzusu olaraq qalırdı. Elə yolda-irizdə, asudə vaxtlarında zümzümə etməklə “gözünün qurdunu öldürürdü”.

Nəhayət, bir yaz günü xoş bir təsadüf on səkkiz yaşlı bu gəncin həyat yolunu ömürlük dəyişdi. Arzuladığı sənətin cığırları ilə gedib. Muğam dünyasına çıxdı. Həmin yaz səhərində onun üçün bir xoşbəxtlik, səadət, qapısı açıldı. O, bu qapıdan içəri girib, musiqi aləmində özünəlayiq bir yerdə oturdu.

..Həmid öz arabası ilə Yevlaxdan Şuşaya sərnişin aparırdı. Sərnişinlər onu tanımasalar da, Həmid onları beş barmağı kimi tanıyırdı. Hacı Hüsü, Sadıqcan və onların kamançaçalanı yol boyu Həmidlə söhbət etsələr də, özü hələlik tanışlıq vermək istəmirdi. Fikirləşirdi ki, bələ, özləri dillənələr, onun barəsində nəsə soruşalar və o da bir neçə il əvvəl olmuş o unudulmaz hadisəni danışmaqla tanışlıq verə. Ancaq sərnişinlər bu haqda heç nə soruşmurdular. Mənzil başına çatmağa isə lap az qalmışdı. Qala qapısından şəhərə daxil olanda Həmid özünü saxlaya bilməyib, axır ki, dilləndi:

-Hacı, mən sizi çoxdan tanıyıram. Bizim Malıbəylidə çox toylarda görmüşəm. Hətta bir dəfə də səsimə qulaq asmısınız...

Hacı Hüsü diksinən kimi oldu, təəccüblə üzünü arabaçıya tutub:

-Hə, itkin qardaş, yadıma düşdü, həmin uşaq sənsən?! Gərək ki, adın da Həmid ola! Bəs o vaxt niyə məclisimizə gəlmədin?! Səni çox gözlədik! - deyə məzəmmətedici nəzərlə Həmidi danladı.

Həmid əhvalatı qısaca olaraq onlara söylədi və musiqiyə olan həvəsinin hələ sönmədiyini, əksinə, artdığını da bildirdi.

Sərnişinlər “Bazarbaşı meydan”da arabadan düşərkən Sadıqcan Həmidi evinə dəvət elədi və bildirdi ki, axşamüstü “Xanəndələr məclisi”nin üzvləri onun mənzilinə toplaşacaq və Şuşanın bütün çalıb-oxuyanları da orda olacaq. Həmid Sadıqcanın dəvətini məmnuniyyətlə qəbul elədi...

Yol yorğunu olduqlarından bir az dincəldilər. Axşam deyildiyi vaxt şəhərin adlı-sanlı musiqiçiləri, poeziya həvəskarları Sadıqcanın medinli məhəlləsindəki evinin geniş salonuna toplaşdılar. Mir Möhsün Nəvvab, Məşədi İsi, Hacı Hüsü, Keştazlı Haşım, Şahnaz Abbas, Əbdülbaqi Zülalov, Malıbəyli Cümşüd, Cabbar Qaryağdıoğlu, Dəli İsmayıl, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev və başqa müqtədir sənətkarlar stol arxasına keçdilər.

Bir azdan Sadıqcanın tarı dilləndi. Şairlər musiqi sədaları altında təzə yazdıqları qəzəllərini xüsusi bir şövqlə söyləyir, şeirlərini xanəndələrə bəyəndirmək istəyirdilər. Xanəndələr isə bir-birinin ardınca muğam, təsnif, el hanaları oxuyurdular. Sehrli və yeni bir aləmə düşən Həmid isə onları maraq və heyranlıqla izləyirdi.

Məclisin başlanmasından xeyli keçsə də, Sadıqcan təzə qonağını hələ təqdim etməmişdi. Deyəsən, bunu axıra saxlayırdı. Nəhayət, Sadıqcan Həmidi ətraflı şəkildə məclis üzvlərinə tanıtdı. Yaxşı səsi və xanəndəliyə meyli olduğunu da bildirdi. Gələcək sənət dostunun ancaq “Segah” oxuya bilməsindən xəbərdar olduğuna görə tarını həmin muğam üstə köklədi. Böyük xanəndələr qarşısında oxumaq nə qədər çətin olsa da, Həmid özünü itirmədi, ürəkdən, yanıqlı səslə oxumağa başladı. Hamı diqqətlə onu dinləyirdi, Həmid dəsgahı tamam-kamal oxuyub, başa çatdırmamış alqış sədaları salonu bürüdü. Məşədi İsi ayağa qalxıb, sevinclə dedi:

-Balam, bu, əsl xanəndədir ki! Səsinin şirinliyini, muğamı doğru-dürüst oxumağını görürsünüzmü?! - Sonra üzünü məclis əhlinə tutub: -Gəlin elə bu gündən Malıbəyli balasını məclisimizə qəbul edək. - Yenə Həmidə tərəf baxaraq: -Sənin belə səsin ola-ola niyə bizim sıramızda olmayasan?

Həmin o ayağı sayalı gündən Həmid arabaçılığın daşını birdəfəlik atıb, “Xanəndələr məclisi”nin üzvü oldu. Ustad xanəndələr Məşədi İsi və Hacı Hüsüdən sənət dərsi aldı, klassik muğamlarımızın, xanəndəlik sənətimizin sirlərini mənimsədi. Eyni zamanda, tar çalmağa da böyük həvəsi olduğundan Sadıqcandan fərdi qaydada dərs aldı. Az müddətdə o, həm vokal sənətinin, həm də tarzənliyin bütün incəliklərini öyrəndi, tar ifaçılığının ən mürəkkəb və çətin texnikasına yiyələndi. Həmid oxuduğu səviyyədə də tar çalmağı bacarırdı. Onun özünəməxsus gözəl xalları, şirin barmaqları vardı.

Artıq Həmid təkcə Qarabağda yox, eləcə də başqa vilayətlərdə gözəl muğam və virtuoz bir tarzən kimi tanınır və müstəqil olaraq toy məclisləri aparır, el şənliklərində iştirak edirdi. Gənc xanəndə Cabbar Qaryağdıoğlunun yolu ilə gedir, artıq ənənəvi fars muğam və təsnifləri yox, Azərbaycan muğam və təsnifləri oxuyurdu. Yəni, ifa etmək üçün sırf azərbaycanca olan qəzəlləri seçirdi. Bir qayda olaraq, onun müşayiətçiləri isə Sadıqcan, Məşədi Zeynal, Cavad bəy Xənəzəyski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi tarzənlər olurdu. Bəzən isə tarla özü özünü müşayiət edirdi.

El arasında “Malıbəyli Həmid” kimi şöhrətlənən Həmid Qurbanov bütün Şərq muğamlarını özünəməxsus tərzdə ifa etsə də, “Segah”ın və “Rast”ın ən gözəl ifaçılarından hesab olunurdu. O, “Segah” muğamını bir neçə variantda oxumuş və muğama bəzi yeniliklər də gətirmişdi. Malıbəyli Həmid “Orta Segah” oxuyarkən dəstgahı sarı simdə “Müxalif” şöbəsindən başlayır, sonra “Hisar” şöbəsinə keçirdi. Elə onun bu kəşfi də muğama gətirdiyi yenilik hesab olunurdu və musiqiçilər arasında ona “Həmid segahı” da deyirdilər.

1910-cu ildə İngiltərənin “Qrammafon” şirkəti Məcid Behbudov, Məşədi Cəmil Əmirov, Seyid Mirbabayev, Malıbəyli Əsgər, Kərbəlayi Lətif Əliyev kimi bir sıra Qafqaz musiqiçiləri ilə bərabər, Malıbəyli Həmidi də səsini vala yazdırmaq üçün Riqa şəhərinə dəvət etmişdi. O, “Yetim segah”, “Şur”, “Humayun”, “Rast” muğamlarını, bir çox təsnif və el havalarını lentə aldırmış və səsini həmişəlik olaraq xalqa yadigar qoymuşdu. Onu da demək yerinə düşər ki, tarda Malıbəyli Həmid özü özünü müşayiət etmişdi.

Malıbəyli Həmidin aktyorluq istedadı da vardı. O vaxtlardan qalan afişa və proqramlardan məlum olur ki, xanəndə bir neçə tamaşada iştirak etmiş və opera artisti kimi də şöhrət qazanmışdı. 1913-cü il avqustun 7-də o, Üzeyir bəy Hacıbəyovun Şuşa səhnəsində tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasında baş rolların birini oynamış, sənət yoldaşları Əbülfəz Vəli, Hüseynqulu Sarabski, Zabul Qasım, Xanlıq Şükür, Məşədi Cəmil Əmirov və başqaları ilə birlikdə yüksək səviyyədə çıxış edərək tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, o, Məşədi Cəmil Əmirovun Şuşada, Gəncədə və Tiflisdə dəfələrlə səhnədə oynanılmış “Seyfəl-mülk” operasında da əsas rollardan birini ifa etmişdi.

XX əsrin əvvəllərində bir çox Qarabağ musiqiçiləri kimi Malıbəyli Həmid də taleyini ömürlük Gəncə şəhəri ilə bağladı. O, bu qədim mədəniyyət ocağına Gəncənin nisbətən “köhnə sakini” Məşədi Cəmil Əmirovla və yerli musiqiçilərlə sıx ünsiyyət yaratdı, onlarla əl-ələ verərək şəhərin mədəni həyatında geniş fəaliyyət göstərməyə başladı. Musiqili gecələrin, teatr tamaşalarının, xeyriyyə konsertlərinin təşkili işində can-başla iştirak etdi. Malıbəyli Həmid dostu Məşədi Cəmil Əmirovla birgə yerli əhaliyə mədəni xidmət göstərməklə yanaşı, eyni zamanda Gəncəətrafı rayonlara da qastrol səfərlərinə çıxır, xalq məclislərində, el şənliklərində fəal iştirak edirdi.

Ömrünün sonlarına yaxın Malıbəyli Həmidin ayrılmaz “yol yoldaşı” olan büllur kimi saf və məlahətli səsi sahibinə “vəfasız çıxdı”. O öz tamaşaçıları qarşısında artıq bir xanəndə kimi çıxış etmək imkanından məhrum oldu. Ancaq ruhdan düşmədi, bütün mehrini vaxtı ilə sevib-seçdiyi, öyrəndiyi ikinci sənətinə- tarzənliyə saldı. Uzun müddət kamançaçalan Böyükkişi Əliyevlə birlikdə kiçik qardaşı Malıbəyli Əsgəri tarda müşayiət elədi. Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Keçəçi oğlu Məhəmməd, Zabul Qasım kimi muğam ustaları ilə el məclislərində çalıb-çağırdı.

Gələcəyin bir çox məşhur xanəndələrinin yetişib-püxtələşməsində, tanınmasında Malıbəyli Həmidin mühüm rolu olmuşdur. Məmmədqulu Şuşinski, Seyid Şuşinski, Musa Şuşinski, Bülbül kimi sənətkarlar ondan çox şeylər görüb-götürmüş, ustadlarının yolunu axıracan şərəflə davam etdirmişlər.

Həm klassik xanəndəlik, həm də tarzənlik sənətimizin inkişafında böyük xidmətləri olan xanəndə-tarzən Malıbəyli Həmid 1922-ci ilin Novruz bayramı günü 53 yaşında Ağdamda dünyasını dəyişmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib