“Araz” futzal klubunun UEFA Çempionlar Liqasındakı ilk iki oyununun hakimləri müəyyənləşib
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Naxçıvanın “Araz” futzal klubu UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq. Təmsilçimiz Litva çempionu “Vytis” ilə qarşılaşacaq. Artıq oyunu idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 17:30-da Slovakiyanın Luçenec şəhərindəki “Sportova Hala” Arenada keçiriləcək oyunun start fitini rusiyalı referi İvan Şabanov səsləndirəcək. İkinci hakim almaniyalı Sven Eşler, üçüncü referi isə isveçrəli David Şerli olacaq.
Oktyabrın 4-də, eyni məkanda və saatda “Valletta” (Malta) ilə keçiriləcək matça isə baş hakim kimi Sven Eşler təyinat alıb. Ona ikinci referi kimi türkiyəli Kamil Çetin, üçüncü hakim kimi İvan Şabanov kömək edəcəklər.
Oktyabrın 6-da meydan sahibləri ilə keçiriləcək oyuna təyinatlar isə hələ açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]