“Araz-Naxçıvan” daha iki transferi açıqlayıb
Bakı, 13 yanvar, AZƏRTAC
“Araz-Naxçıvan” futzal klubu növbəti transferlərini açıqlayıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, son Azərbaycan çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb. Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı oyunçu ilə müqavilə mövsümün sonuna qədərdir.
“Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorun keçidini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]