“Araz-Naxçıvan” futzal klubu növbəti transferini reallaşdırıb
Bakı, 24 iyul, AZƏRTAC
“Araz-Naxçıvan” futzal klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə çempionu De Moura Joze Eduardo ilə ortaq məxrəcə gəlib. Son klubu vətənində AEU olan braziliyalının ampluası müdafiəçidir. İyirmi altı yaşlı futzalçı ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]