Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARDNF-in icraçı direktorunun müavini: Şəffaflığa görə dünyada ən qabaqcıl yerlərdəyik

ARDNF-in icraçı direktorunun müavini: Şəffaflığa görə dünyada ən qabaqcıl yerlərdəyik

Bakı, 1 fevral, AZƏRTAC

İtaliyanın “Askanews” portalı “ARDNF-in 20 yaşı tamam olur. Azərbaycanın suveren fondu İtaliyada fəaliyyətini genişləndirir” sərlövhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə 38,5 milyard dollarlıq portfeli ilə Azərbaycanın suveren fondu olan Dövlət Neft Fondunun (ARDNF) İtaliyanı investisiya üçün favorit istiqamətlərdən biri hesab etdiyi bildirilir. Qeyd edilir ki, bu il fəaliyyətinin 20 ili tamam olan və investisiya idarəçiliyində şəffaflıq nümayiş etdirdiyinə görə müxtəlif beynəlxalq qiymətləndirmələrdə yer alan fond “Truman Index”ə görə Norveç, Yeni Zelandiya və ABŞ-dan sonra yüzlükdə dördüncü yerdə qərarlaşıb.

Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov deyir ki, ARDNF-in İtaliyanın “Cassa Depositi Prestiti” bankı və Strateji Fondu ilə razılaşması var və orada fəaliyyətini genişləndirmək fikrindədir. Təxminən 40 milyard dollar vəsaitdən ibarət ümumi portfelin (ÜDM-in 80 faizinə bərabər) 35 faizi Avropa İttifaqı ölkələrinə investisiya olunub. 2001-ci ildən ARDNF-in ilk real gəlir əldə etdiyi vaxtdan bəri neft-qaz gəlirlərinin, tranzit gəlirləri, investisiyalar və dividend gəlirləri sayəsində fonda 138 milyard dollar vəsait daxil olub.

“Ölkəmizin müstəqilliyinin bərpasından sonra ilk illərdə həm iqtisadi, həm də siyasi baxımdan çox çətin illər keçirdik: elektrik enerjisi, qaz yox idi, yollar pis vəziyyətdə idi, ölkədə xaos hökm sürürdü. 1994-cü ildə dünyanın bir neçə ən böyük enerji şirkəti ilə “Əsrin müqaviləsi”ni imzaladıq və hər şey həmin vaxtdan başladı”, - deyə İ.Məmmədov bildirir.

Məqalədə qeyd edilir ki, indi o illər mənzərəsini müasir göydələnlərin tamamilə dəyişdiyi Bakıdan işıq ili qədər uzaq görünür. ARDNF əsas məqsədi neftdən gələn gəliri toplamaq, həmçinin gələcək nəsillərə investisiyalar yatırmaq üçün nəzərdə tutulmuş əsas fonddur. İnvestisiya olunan vəsaitin əsas hissəsini 1992-1994-cü illər münaqişəsinin nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağdan gələn məcburi köçkünlər üçün nəzərdə tutulmuş layihələr, həmçinin su kəməri və irriqasiya sistemlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, xaricdə təhsil alan gənclər üçün təqaüd proqramları təşkil edir. ARDNF-in sərmayə portfelinin yarısı dollar, 35 faizi avro, 5 faizi funt sterlinq, qalan 10 faizi başqa valyutalardan ibarətdir.

İcraçı direktorun müavini bildirir ki, ARDNF tam şəffaflığın təmin olunmasını vacib hesab edir. Elə resursların dövlət hesabına köçürülməsi mexanizmi haqqında da eyni şeyi demək olar. Dövlət hər il fonddan vəsait götürür və büdcəyə köçürür. Biz konsolidasiya edilmiş dövlət büdcəsinin tərkib hissəsiyik. Müntəzəm hesabatları dərc etməklə şəffaflığın təmini üçün əlimizdən gələni edirik. Bundan başqa, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer tərəfindən təklif olunan və üç tərəfi - cəmiyyəti, dövləti və QHT-ləri özünə cəlb edən şəffaflıq sənədini də imzalamışıq. Onlar kənardan auditor təyin edirlər və uyğunsuzluqlar aşkar edilən zaman araşdırılır. Bundan əlavə, parlament səviyyəsində audit var və hazırda dövlət investisiyalarımızı qiymətləndirmək üçün başqa audit şirkəti cəlb edib.

“Beynəlxalq iqtisadiyyatın göstərə biləcəyi təsirlərdən narahatlıq varmı” sualına cavabında o deyir: “Biz uzunmüddətli hədəflər üçün çalışırıq. Təbii ki, dəyişkənlik narahat edir, həddindən artıq ehtiyatlı olmalıyıq, çünki böyük vəsaiti idarə edirik”.

Məqalədə qeyd edilir ki, ARDNF 20 illiyi münasibətilə sentyabr-oktyabr ayları arasında daha məsuliyyətli və daha əhatəli investisiyalar barədə müzakirə aparmaq üçün beynəlxalq konfrans təşkil edəcək. Dünyanın əsas fondları və pensiya fondu kimi digər qurumlar, eyni zamanda, Dünya Bankı konfransa dəvət olunacaq. İtaliyaya gəldikdə isə, baxmayaraq ki təqvimdəki ilk səfər noyabr ayına nəzərdə tutulub, bu ölkə hər zaman ARDNF-in diqqət mərkəzindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

Kubanıçbek Ömüralıyev: Ortaq dil sahəsində əməkdaşlıq türk dövlətlərinin daha da yaxınlaşmasının əsasıdır

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Nazir: Ötən il Mədəni və Yaradıcı Sənayelərin xidmət ixracı 265 milyon 487 min dollar olub

Türkistanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

İstehlak bazarında qiymətlər açıqlanıb

“Yuğ” Teatrı WUF13 çərçivəsində xarici qonaqlar üçün dörd tamaşa təqdim edəcək

“Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” - Konfrans

Son üç ildə Azərbaycanda istehsalata gedən filmlərin sayı açıqlanıb

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov VİDEO

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Media: Kanada və Fransa öz müdafiə embarqolarına rəğmən Türkiyə ilə yaxınlaşır

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub

UFC-də debüt edəcək döyüşçü: Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Universitetlərimiz xalqımızın beynəlxalq aləmlə inteqrasiyasını təmin edir

Qırğızıstan Prezidenti: Türk dövlətləri qlobal texnologiya xəritəsində güclü mərkəzə çevrilə bilər

AzMİU tələbələri beynəlxalq zəlzələ mühəndisliyi yarışmasında xüsusi mükafata layiq görülüblər

WUF13 iştirakçıları üçün “Mədəniyyət bələdçisi” hazırlanıb

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

BRICS xarici işlər nazirləri Yaxın Şərq məsələsində ortaq məxrəcə gələ bilməyiblər

Bakıda bürünc medal qazanan gimnast: Mənim üçün yaxşı təcrübə oldu

Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir

Kənd təsərrüfatı naziri Şuşada vətəndaşlarla görüşüb

Neymar İtaliya vətəndaşlığı alıb

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir

Azərbaycanda mədəniyyət sisteminin rəqəmsallaşdırılması istiqamətində görülən əsas işlər açıqlanıb

Prezident Ərdoğan: Ankara Daşkənd ilə əlaqələri dərinləşdirməyə hazırdır

Azərbaycanın “ağıllı” və “yaşıl şəhər” modeli beynəlxalq şəhərsalma gündəmində diqqət çəkir - ŞƏRH

Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər

Qazaxıstan Prezidenti: Türk dünyası daim barışıq şəraitində yaşamalı və birlikdə inkişaf etməlidir

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Avropa Parlamentinin məqsədi ermənilərin hüququnu qorumaq yox, siyasi ambisiyalarını həyata keçirməkdir - ŞƏRH

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır

İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək

Əsgəran Silah Muzeyi yaradılır – EKSKLÜZİV

WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək

Prezident İlham Əliyev: Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir YENİLƏNİB VİDEO

BƏƏ Hörmüz boğazından yan keçəcək boru kəmərinin inşasını sürətləndirib

“Neftçi”nin baş məşqçisi: İstərdik ki, Premyer Liqa təmsilçilərinin qadın komandaları da Qızlar Liqasında mübarizə aparasın

İlhan İşbaş: Azərbaycan Avropanın enerji strategiyasında açar ölkəyə və Avrasiyanın mühüm geoiqtisadi mərkəzinə çevrilib

Konqoda 246 nəfərin ebola virusuna yoluxduğu ehtimal edilir

AEBA: Zaporojye AES yeddi aydır tək bir elektrik xətti üzərində işləyir

Hansı ixtisas sahibi özəl məhkəmə eksperti kimi fəaliyyət göstərə bilər?

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

Nazir: Bu gün mədəniyyətimiz qalib Azərbaycan milli kimliyinə xidmət edir – EKSKLÜZİV MÜSAHİBƏ

Qızılın qiyməti həftəni itkilərlə tamamlayır

ABŞ-nin beyin mərkəzi Azərbaycan və Orta Dəhlizlə bağlı məqalə yayımlayıb

Rumıniya mediası: Azərbaycan qazının Avropaya nəqli region ölkələrinin enerji diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır

BMT eksperti: Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş mövqeyi nümayiş etdirir

Macar ekspert: Azərbaycan qlobal ərzaq böhranının qarşısının alınmasında əsas aktora çevrilə bilər

®  “HONOR 600” seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi VİDEO

® “HONOR 600” seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi VİDEO

BDU ilə AzMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

WUF13 Urban Expo: Bakı şəhərsalma sahəsində qlobal miqyaslı ən böyük sərgiyə ev sahibliyi edəcək

Energetika naziri Neftçalada vətəndaşlarla görüşüb

Bölgələrdə fəaliyyət göstərən ağırlıqqaldırma mərkəzləri avadanlıqlarla təmin olunur

Şahzadə Harrinin həyat yoldaşı ailənin əsas gəlir mənbəyinə çevrilib

Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Vergi Xidməti ƏDV fırıldaqçılığına qarşı mübarizəyə dair beynəlxalq tədbirdə təmsil olunub

Böyük Qayıdış davam edir: daha 5 ailə Zəngilan şəhərində məskunlaşdı

Milli İncəsənət Muzeyi WUF13 çərçivəsində yeni layihələr təqdim edəcək

Startap: Qiymətli metalların rəqəmsal platformalar vasitəsilə təqdimatı sahəsində beynəlxalq təcrübə araşdırılır

Ukrayna dronları Rusiya ordusuna məxsus təyyarəni, helikopteri və gəmini məhv edib

Naftalanda vətəndaşların suvarma suyu ilə bağlı müraciətləri dinlənilib

İran XİN: Tehran heç vaxt nüvə silahı əldə etmək istəməyib

Muzeylərdə "Açıq qapı" günü elan olunur

TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Qazaxıstana keçib

Gürcü politoloq: Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm mərkəzə çevrilib

Nazir müavini: Bakı-Tbilisi-Qars xətti ilə ildə 5 milyon tona qədər yük ötürülməsi mümkündür

Praqanın mərkəzində Azərbaycan rəssamının sərgisi

Ekologiya və təbii sərvətlər naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Bakı və Sofiya arasında yaşıl körpü: Universitetlər əməkdaşlığa hazırlaşır

TRACECA-nın yeni baş katibi: Azərbaycan Orta Dəhlizin inkişafında əsas aktor olaraq qalacaq

Abşeron Milli Parkında veloyürüş təşkil edilib

Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar FOTOLAR YENİLƏNİB

Aleksandr Studnev: WUF13 Belarus təcrübəsinin təşviqi baxımından mühüm platforma olacaq

Yağış yağacaq, dolu düşəcək – PROQNOZ

SOCAR və TPAO birgə həyata keçirilən layihələrin icra vəziyyətini dəyərləndirib

Avropada 1,3 milyon evsiz insanın 350 mini Fransada yaşayır

Azərbaycan Qlobal Cənub üçün yeni əməkdaşlıq modeli yaradır - Ekspert

Şükürbəyli kəndində daha 107 ailəyə evlərinin açarları təqdim olundu - YENİLƏNİB

Binəqədi rayonunun bəzi ərazilərində əhaliyə su fasiləsiz veriləcək

Aysel Mirzəyeva: Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün tədbirlər çox mühümdür

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Cəfərov Füzuli rayonunda dəfn edilib

Telman Nüsrətoğlu: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti Fransa üçün strateji uğursuzluqlara yol açır

Almaniya hökuməti ikinci rübdə iqtisadi artımın əhəmiyyətli dərəcədə zəifləyəcəyini gözləyir

“Sabah”ın futbolçusu Aaron Maluda: Çempionlar Liqası bizim üçün yeni bir səhifədir

® “Azercell” “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 13 faiz artıb

Qurban Yetirmişli: Seysmik mikrorayonlaşdırma işləri bu il başa çata bilər