“ARDNŞ-DƏ STRUKTUR DƏYİŞİKLİKLƏRİNƏ HƏLƏ EHTİYAC VAR”
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, ARDNŞ-də struktur dəyişikliklərinə hələ ehtiyac var. Onun sözlərinə görə, şirkətin tərkibində bu gün 8 iri müəssisə fəaliyyət göstərir. Əvvəllər quruda və dənizdə neft və qaz çıxarma istehsalat birliklərinin tabeliyində isə 80-dən artıq müəssisə vardı. Zərurət yaranarsa, biz hər il struktur dəyişikliyi məsələsinə qayıdacağıq, çünki bu, zamanın tələbidir. Şirkət müasir tələblərlə ayaqlaşmalıdır. Əks halda, inkişafdan söhbət gedə bilməz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]