ARDNŞ-in ekologiya idarəsinin əməkdaşları Çex Respublikasında keçirilən kurslarında iştirak etmişlər
Bakı, 19 dekabr (AZƏRTAC). ARDNŞ-in ekologiya idarəsinin kompleks tədqiqatlar laboratoriyası (KTL) öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirməkdədir. Laboratoriya kollektivinin əksər hissəsi gənc mütəxəssislərdən ibarətdir. Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada çalışan işçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq tədbirlər görülür.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlərin davamı kimi KTL-in iki gənc mütəxəssisi-kimyaçısı Tariel İdrisov və ekoloji tədqiqatlar ekspedisiyasının bioloqu Samirə Salahova Çex Respublikasının Praqa şəhərində “LECO” şirkətinin təşkil etdiyi “Pegasus 4D TOF” cihazı üzrə maarifləndirmə kurslarında iştirak etmişlər. Kursda “Pegasus 4D TOF” cihazı ilə tanışlıq, ilkin texniki servis, metodikaların tərtibi, kalibrləmə əyrilərinin qurulması və analizinin aparılması ilə bağlı təlimlər keçirilmişdir.
Kursların sonunda əməkdaşların hər ikisi sertifikatla təltif olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]