Argentina Çindən daha 3 milyon doza COVID-19 peyvəndi alacaq
Pekin, 13 mart, AZƏRTAC
Argentina hökuməti əlavə 3 milyon doza COVID-19 peyvəndinin alınması üçün Çinin "Sinopharm" şirkəti ilə razılaşma əldə etdiyini açıqlayıb.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, vaksinlərin Argentinaya göndərilməsinə martın ortalarında başlanılacaq. Argentina Prezidenti Alberto Fernandez Çindən alınacaq əlavə 3 milyon doza peyvəndin ölkədə vaksinasiya prosesinin sürətlənməsinə imkan yaradacağını bəyan edib.
Argentinanın Səhiyyə Nazirliyi fevralda kliniki sınaqlar nəticəsində "Sinopharm" şirkətinin COVID-19 virusu əleyhinə inaktiv peyvəndinin təhlükəsiz və effektiv olduğunu açıqladıqdan sonra onun təcili istifadəsinə icazə verib və həmin vaksinasiya planına salınıb. Vaksinasiya prosesi üçün "Sinopharm" peyvəndlərinin ilk partiyası Argentinaya fevralın sonunda çatdırılıb.
Qeyd edək ki, Argentinada COVID-19 virusuna indiyədək 2 milyon 185 mindən çox yoluxma, bu virus səbəbindən 53 min 578 ölüm qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]