Argentina hökuməti ölkədə vaksin çatışmazlığını etiraf edib
Madrid, 20 mart, AZƏRTAC
Argentina Prezidenti Alberto Fernandes ölkə əhalisini vaksin çatışmazlığı probleminin həll ediləcəyinə əmin edib.
AZƏRTAC xəbər verir ki, ölkə başçısı vaksin istehsalının bütün dünyada ləngidiyini bildirib.
Səhiyyə naziri Karla Vissotti etiraf edib ki, hökumət daha çox insanı peyvənd edə bilmək üçün birinci və ikinci doza arasındakı gün sayını artırmaq imkanlarını nəzərdən keçirir.
Argentinadakı ekspertlərin çoxu hesab edir ki, ikinci infeksiya dalğası aprel ayının sonuna gözlənilir. Ekspertlər, həmçinin bunun vaksinləmə prosesinin zəif keçdiyi Argentina üçün neqativ nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Son 24 saat ərzində Argentinada 8 min 328 yeni yoluxma və 155 ölüm hadisəsi qeydə alınıb. Ümumilikdə 45 milyon əhalisi olan ölkədə 2 milyon 226 min 753 nəfər koronavirusa yoluxub, 54 min 386 nəfər isə bu xəstəlikdən həyatını itirib.
Argentina 65 milyon dozalıq vaksinin alınması üçün müqavilələr imzalasa da, bu günədək ölkəyə cəmi dörd milyon dozalıq vaksin gətirilib.
Latın Amerikasında Çili vaksinləmə prosesində liderlik edir. Belə ki, Çilidə 5,424 milyon insan peyvənd edilib ki, bu da ölkədəki bütün risk qrupları da daxil olmaqla əhalinin 27,6 faizini təşkil edir.
“Dünyamız məlumatlarda” təşkilatının məlumatlarına görə, Argentinada cəmi 2,17 milyon insan peyvənd olunub ki, bu da əhalinin 4,8 faizini təşkil edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]