Argentinada Prezidenti ölümlə hədələyən şəxs saxlanılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Argentina Prezidenti Xavyer Mileyi öldürməklə və hökumət binalarını partlatmaqla hədələyən 48 yaşlı kişi polis tərəfindən saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Infobae portalı bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Rafael Kastilyo adlı şəxs 911 qaynar xəttinə beş dəfə zəng edərək ölkə rəhbərini öldürməklə, həmçinin prezident administrasiyasının və parlamentin binalarını partlatmaqla hədələyib.
Polis şübhəlinin mənzilində axtarış aparıb və onu saxlayıb. Hazırda psixiatr müayinəsinə göndərilən şəxs “cəmiyyəti qorxutmaq” maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, dekabrın 10-da vəzifəsinin icrasına başlayan Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyətin kritik olduğunu etiraf edib və iqtisadiyyatda şok tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bir neçə gün sonra isə dolların rəsmi məzənnəsi 366 pesodan 800 pesoya qaldırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]