ARNOLD ŞVARTSENEGGER XƏSTƏXANAYA DÜŞMÜŞDÜR
AZƏRTAC Röyter agentliyinə istinadla xəbər verir ki, Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger güclü ürək döyünməsi şikayəti ilə xəstəxanaya çatdırılmışdır. Bunu qubernatorun mətbuat xidməti bildirmişdir. Qubernatorun xəstəxanada müayinə olunmasını onun şəxsi həkimi məsləhət görmüşdür. Həkimlər narahatlığa heç bir əsas görməmiş və qubernator dərhal vəzifəsinin icrasına başlamışdır.
Xatırladaq ki, keçmişdə kulturist və aktyor, hazırda isə Kaliforniya ştatının qubernatoru olan Arnold Şvartseneggerin ürəyində 1997-ci ildə cərrahiyyə əməliyyatı aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]