ARXEOLOJİ ABİDƏLƏR TƏDQİQ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin keçdiyi ərazilərdə 300–ə yaxın qəbir abidəsi aşkar və tədqiq etmişdir.
İnstitutdan bildirmişlər ki, bunlar Tunc dövrünün bütün mərhələlərini əks etdirən kurqanlar, sonrakı dövrlərə aid nekropollar, küp, taxta qutu qəbirləri və sairədir. Həmin abidələrdə çoxlu gil qablar, müxtəlif növ bəzək əşyaları, qədim silah nümunələri aşkar olunmuşdur.