Aşağı Güzdəkdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-2 VİDEO
Bakı, 9 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Yanğının yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.
14:26
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə AZƏRTAC-a FHN Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
13:35
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə AZƏRTAC-a FHN Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.