ASAN AI Hub müxtəlif qurumlar arasında əlaqələndirici rolunu oynayacaq
Bakı, 2 dekabr, AZƏRTAC
ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) əsas məqsədi "ASAN xidmət", dövlət təşkilatları, eyni zamanda, özəl sektor, tədqiqat inkişaf mərkəzləri, elmi laboratoriyaların alimləri üçün əlaqələndirici rolunu oynamaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Dövlət Agentliyi sədrinin sözlərinə görə, platforma vasitəsilə hər bir təşkilat özünün problemlərini, çağırışlarını elan edəcək, innovatorlar, startapçılar və elmi-tədqiqat mərkəzləri isə həmin çağırışlara uyğun həllər təklif edəcək.
"Yeni bir platforma və sistemdir. Bu, dolayısı ilə həm iqtisadiyyatımıza, həm elmimizə, həm dövlət idarəetməsi sahəsinə töhfə verəcək", - deyə Ü.Mehdiyev fikirlərinə yekun vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]