“ASAN xidmət” könüllülərinə ekstremal idman növləri haqqında məlumat verilib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin üzvləri üçün təqdimat təşkil edib.
AZƏRTAC xəbər verir ki, 1 saylı Bakı “Asan xidmət”də təşkil olunan təqdimatda iştirakçılara Federasiyanın fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar, FAİREX-in nəzdindəki klubların məşğul olduğu ekstremal idman növləri haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, gələcəkdə “ASAN xidmət” könüllülərinin “Ekstrim klub”unun yaradılması nəzərdə tutulur. İctimai Birliyin ekstremal idman növləri ilə məşğul olmaq istəyən üzvləri FAİREX-in yarışlarında iştirak edə bilərlər.
Sonra iştirakçıların sualları cavablandırılıb.