“ASAN xidmət”in kişi əməkdaşları arasında voleybol turniri təşkil olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
“ASAN xidmət”in kişi əməkdaşları arasında voleybol turniri təşkil olunub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət agentliyinin 10 illiyinə həsr olunmuş turnir idarənin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib.
Turnirdə 23 komanda iştirak edib.
Birinci yeri “ABAD” publik hüquqi şəxsin, ikinci yeri dövlət agentliyinin, üçüncü yeri isə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin komandası tutub.