ASAPES-in rektoru: Yeni üzgüçülük hovuzu müasir standartlara cavab verir
Bakı, 9 yanvar, AZƏRTAC
“Tədris müəssisəsi üçün əlamətdar gündür. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində yenilənən və əsaslı təmir olunan üzgüçülük hovuzunun açılışını etdik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, yeni istifadəyə verilən idman obyektində üzgüçülüyün müxtəlif növləri üzrə yarışların və təlim-məşq toplanışlarının keçiriləcəyini bildirib: “Sevindirici hal odur ki, tələbələr gimnastika, atletika və üzgüçülük idman növlərini çox yaxşı mənimsəyirlər. Onların yeni inşa olunan hovuzdan maksimum səviyyədə istifadə etmək imkanları olacaq”.
F. Hacıyev üzgüçülük hovuzunun müasir standartlara cavab verdiyini söyləyib: “Təkcə bu idman növü ilə məşğul olanları deyil, hər kəsi yeni inşa olunan üzgüçülük obyektinin imkanlarından yararlanmağa dəvət edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]