ASCO daha bir gəmini təmir edib
Bakı, 13 mart, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Atamoğlan Kərimov” kran gəmisi təmir edilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin baş mühərrikləri sazlanıb. Nasoslarda, boru sistemlərində, ballast-qurutma sistemlərinin idarəetmə klapanlarında, xilasedici qayıqlarda, mexanizm və elektrik avadanlıqlarının avtomatik idarəetmə sistemlərində cari təmir işləri görülüb.
Gəmi tərsanəyə qaldırılıb, sualtı hissə və suüstü hissə təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələmnmiş sahələr dəyişdirilib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.
Təmirdən sonra “Atamoğlan Kərimov” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]