ASİYA İNKİŞAF BANKI AZƏRBAYCANA 15 MİLYON 366 MİN DOLLAR KREDİT VERƏCƏK
Komissiyanın sədri Asya Manafova demişdir ki, bu ilin iyul ayında Bakıda imzalanmış həmin sazişə görə bank Azərbaycana 500 min ABŞ dolları məbləğində qrant və 15 milyon 336 min dollar ekvivalentində müxtəlif valyutlarla kredit verəcəkdir.
Azərbaycan Hökuməti Göyçay, İsmayıllı, Qəbələ, Qax, Şəki, Zaqatala, Oğuz, Ağsu, Balakən, Qusar və Astara rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sel sularının, daşqınların vura biləcəyi zərərin qarşısının alınması məqsədi ilə müxtəlif tədbirlər görəcəkdir.
Sonra “Energetika haqqında” qanuna dəyişikliklər və əlavə edilməsi məsələsi müzakirə olunmuşdur.
Deputatlar hər iki layihənin Azərbaycan xalqının maraqlarına xidmət etdiyini vurğulamış və həmin sənədlərin parlamentin müzakirəsinə çıxarılması haqqında qərar qəbul etmişlər.