ASİYA İNKİŞAF BANKI SEMİNAR KEÇİRMİŞDİR
İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyev Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyada ilk yerlərdən birini tutduğunu və beynəlxalq maliyyə qurumlarının ölkəmizə marağının günü-gündən artdığını bildirmişdir.
Asiya İnkişaf Bankının (AİB) iqtisadçısı Sona Şersta CAREC proqramında 8 ölkənin (Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan), Asiya İnkişaf Bankının, İslam İnkişaf Bankının (İİB), Beynəlxalq Valyuta Fondunun (BVF) və digər beynəlxalq maliyyə qurumlarının iştirak etdiyini vurğulamışdır.
BVF-nin nümayəndəsi Sena Eken seminarda məruzə ilə çıxış edərək CAREC proqramı çərçivəsində ticarət göstəriciləri, regional inteqrasiya, ticarət maneələri haqqında məlumat vermiş, iştirakçı ölkələr arasında aparılan ticarət və ixrac-idxal əməliyyatları barədə danışmışdır.
Seminarda bir sıra nazirlik və dövlət komitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]