Asiya Kuboku: 1/8 finalın növbəti iştirakçıları bəlli olub
Bakı, 24 yanvar, AZƏRTAC
Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, ötən gün B və C qruplarında növbəti qarşılaşmalar keçirilib.
B qrupunda iki matç baş tutub. Avstraliya və Özbəkistanın üz-üzə gəldiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra Avstraliya 7 xalla qrup birincisi, Özbəkistan 5 xalla ikinci olaraq pley-offa adlayıb.
Qrupun digər görüşündə Suriya Hindistana minimal hesabla qalib gəlib - 1:0.
C qrupunda isə İran millisi Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə üstələyərək maksimum xalla növbəti mərhələyə vəsiqəni təmin edib.
Günün son qarşılaşmasında Fələstin yığması Honkonqu 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]