Asiya kuboku: İki cüdoçumuz yarımfinala vəsiqə qazanıb
Bakı, 6 aprel, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan komandası da iştirak edir. Turnirin sonuncu yarış günündə qızlar arasında 63, 70, +70, oğlanlar arasında isə 66, 73, 81, 90 və +90 kiloqram çəki dərəcələrində idmançılar medallar uğrunda mübarizə aparırlar. Cüdoçularımızdan Əbil Yusifov (66 kq) və Nahid Tarquliyev (73 kq) yarışda uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıblar.
Turnirdə 6 ölkədən 314 idmançı mübarizə aparır. Komandamızın aktivində hələlik medal yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]