Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur

AŞPA ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur

Bunu qurumun ölkəmizə qarşı qərəzli mövqeyi də təsdiqləyir

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Xüsusilə, 1993-cü ilin ikinci yarısından sonra bu istiqamətdə qətiyyətli addımlar atıldı. Həmin vaxtdan başlayaraq ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, o cümlədən inkişaf etmiş digər dövlətlərlə, həmçinin qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, demokratik inkişafa transformasiya siyasəti aparılır. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra isə Azərbaycanın dünya birliyinə inteqrasiyası daha geniş vüsət alıb.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə deyib ki, son illər Azərbaycanın mötəbər qurumların tədbirlərinə ev sahibliyi etməsi, ABŞ, Rusiya və NATO generallarının mühüm məsələlərin müzakirəsi üçün Azərbaycanı məkan kimi seçmələri, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqların mütəmadi olaraq ölkəmizdə keçirilməsi düşünülmüş uğurlu xarici siyasətin bariz nümunəsidir. Artıq Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır. Təbii ki, qısa müstəqillik tarixinə malik bir respublikanın dünya birliyində nüfuz sahibi, inkişaf etmiş dövlətlərin diqqət mərkəzində olması anti-Azərbaycan qüvvələri narahat etməyə bilməzdi.

Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda da Azərbaycanı inkişaf etmiş dövlət kimi dəyərləndirməsi və ölkəmizlə hərtərəfli əməkdaşlığa, eləcə də gələcəkdə həyata keçiriləcək iri infrastruktur layihələrə dəstək verməyə hazır olduğunu bildirməsi respublikamızın inkişafını gözü götürməyən qüvvələri ciddi təşvişə salıb. Odur ki, Azərbaycanın getdikcə artan nüfuzuna xələl gətirmək üçün min bir oyundan çıxır, ikili standartlardan əl çəkmir və Ermənistanın beynəlxalq hüququn normalarına zidd hərəkətlərinə, işğal siyasətini davam etdirməsinə, günahsız insanları qətlə yetirməsinə, işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni seçkilər keçirməsinə göz yumur, bununla da beynəlxalq hüququn normalarına hörmətsizliyə şərait yaradırlar. Belə təşkilatlardan biri də özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən Avropa Şurasının Parlament Assambleyasıdır. Bu qurumun açıq şəkildə ayrı-seçkilik, ikili standart mərəzindən əl çəkə bilməməsi, Ermənistanın işğalçılıq siyasətini görməzliyə vurması insan hüquq və azadlıqlarının pozulmasına şərait yaratmasından xəbər verir.

Otuz ilə yaxındır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır. Ancaq bu müddət ərzində Avropa Şurası işğalçı Ermənistanı bir dəfə də olsun öz adı ilə çağırmayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız doğma ata-baba ocaqlarından zorla didərgin salınıb. Avropa Şurası soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasında indiyədək Ermənistanı günahlandıran bir dənə də qətnamə qəbul etməyib və işğal etdikləri əraziləri qeyd-şərtsiz tərk etmələri barədə tələb irəli sürməyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanması istiqamətində ədalətli mövqe sərgiləməməsi də qurumun ölkəmizin sürətli inkişafını həzm edə bilməməsindən irəli gəlir. Bütün bunlar bir yana, Ermənistanın açıq şəkildə beynəlxalq hüquq normalarını pozaraq işğal etdikləri Azərbaycan ərazisində qeyri-qanuni seçkilər keçirməsinə də Avropa Şurası bu vaxtadək etirazını bildirməyib. Digər beynəlxalq qurumlar, eləcə də inkişaf etmiş dövlətlər bu ədalətsizliyə etirazlarını bildirdikləri və seçki şousunu tanımadıqları barədə bəyanat verdikləri halda, Avropa Şurasının hələ də susqunluq nümayiş etdirməsi bu quruma olan nifrəti daha da artırıb. “Mən Milli Məclisin deputatı olarkən Azərbaycan parlamentinin AŞPA-da nümayəndə heyətinin, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü kimi Avropa Şurasının tədbirlərində, eləcə də AŞPA-nın sessiyalarında dəfələrlə iştirak etmişəm və həmişə də bu qurumların ölkəmizə qarşı qərəzinin, böhtan və iftirasının şahidi olmuşam. Hər dəfə də müxtəlif kütləvi informasiya vasitələrində bu qərəzlərə kəskin etirazımı bildirmişəm. Bu qurumların ermənipərəst qüvvələrin əlində alətə çevrildiyini də bəyan etmişəm. Bütün bunları faktlarla əsaslandırmışam”, - deyə Ç.Qənizadə bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, AŞPA-nın ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməsi barədə artıq heç bir şübhə yeri qalmayıb. Son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi Prezident İlham Əliyevin də diqqətindən yayınmayıb. Ölkəmizin başçısı bir neçə gün əvvəl Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında proqram xarakterli çıxışı zamanı da bu faktı diqqətə çatdırdı. Ölkə başçısı Ermənistanda olduğu kimi, hazırda Dağlıq Qarabağda da xunta rejiminin hökm sürdüyünü bildirdi. Dedi ki, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!.

Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyən işğalçı Ermənistanın qəddarlığına, bir milyondan artıq soydaşımızın hüquqlarını kobud şəkildə pozmasına laqeyd yanaşan bir qurumun insan hüquq və azadlıqlarının müdafiəsindən danışmağa haqqı çatırmı? Məhz buna görə də dövlətimizin başçısı bu qurumun ölkəmizlə bağlı qəbul etdiyi sənədləri kağız parçası adlandırdı. Dedi ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər kağız parçasından başqa bir şey deyil. Ölkə Prezidentinin çıxışındakı “Bütün Azərbaycan ictimaiyyəti görür ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır” fikri bu təşkilatın iç üzünü bir daha ortaya qoydu. Dünyada baş verən ədalətsizliyə, polis zorakılığına, nümayişçilərə qarşı tətbiq edilən zorakılığa, dinc aksiya iştirakçılarının öldürülməsinə, onlara əzab-əziyyət verilməsinə, kütləvi surətdə həbs edilmələrinə, jurnalistlərin döyülməsinə, həbs edilməsinə heç bir münasibət bildirməyən Avropa Şurasının ölkəmizə “demokratiya dərsi” keçmək cəhdi ikrah hissi yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, belə qurumlar güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, guya bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və onların Dağlıq Qarabağda keçirilən saxta seçkilərin nəticələrini tanıyıb- tanımamaları bizim üçün maraqlı deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.

Bu gün dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığını, zorakılığını, insanların polis tərəfindən döyülməsini, təhqir edilməsini, dinc aksiyaları xüsusi öyrədilmiş itlər və atlar vasitəsilə dağıdılmasını “görməyən” Avropa Şurası kimi qərəzli bir qurumun nüfuzu, demək olar ki, heçə enib. Belə qurumların qərəz və böhtanları, yalan və iftiraları ölkəmizin inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlərə heç bir problem yarada bilməz. Çünki Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara söykənən müstəqil xarici siyasət yürüdür. Bu siyasət ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb