AŞQABADDA TRANSƏFQANISTAN QAZ KƏMƏRİNİN ÇƏKİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Aşqabadda Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi üzrə Rəhbər Komitənin doqquzuncu görüşü keçirilmişdir. İclasda Əfqanıstan, Pakistan, Türkmənistan və Hindistanın energetika nazirləri, ekspertlər iştirak etmişlər. Transəfqanıstan layihəsinin rəsmi sponsoru - Asiya İnkişaf Bankının nümayəndəsi kəmərin təhlükəsizliyi ilə bağlı tədqiqatın ilkin nəticələri haqqında məlumat vermiş, Pakistan və Hindistan nümayəndələri gələcəkdə bu kəmər vasitəsilə alacaqları qazın həcmi haqqında faktları açıqlamışlar.
Tikintisi 3,3 milyard dollara başa gələcək 1680 kilometrlik kəmər vasitəsilə ildə 33 milyard kubmetr qaz nəql ediləcəkdir.
Sonra görüş iştirakçıları Türkmənistanın nəhəng Dövlətabad qaz yatağına gələrək burada yaradılmış infrastrukturla tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]