ASTARA FERMERLƏRİ BAKIDA KEÇİRİLƏN SATIŞ-YARMARKALARDA FƏALLIQ GÖSTƏRİRLƏR
AZƏRTAC xəbər verir ki, Bakıda həftənin şənbə və bazar günləri keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkasında Astara fermerləri və sahibkarları da fəal iştirak edirlər.
İndiyədək rayonun 30-a yaxın fermeri və torpaq mülkiyyətçisi istehsal etdikləri 100 tona yaxın məhsulu məhz bu yarmarkalarda satmışlar. Təkcə ötən şənbə və bazar günü bakılılara rayonda istehsal olunmuş 5 ton meyvə və tərəvəz satılmışdır.
Satışa çıxarılan məhsulların keyfiyyəti və qiyməti alıcıları razı salmışdır.