ASTARADA 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA ŞAHMAT TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayon uşaq-gənclər şahmat məktəbində «Təhsil» Respublika İdman Mərkəzinin, Astara rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş respublika şahmat turniri keçirilmişdir.
Bakı və Əli Bayramlı şəhərlərinin, Hacıqabul, Salyan, Sabirabad, Cəlilabad, Yardımlı, Masallı və Astara rayonlarının gənc şahmatçılarının iştirak etdiyi turnirdə «İsveçrə» sistemi üzrə 8,10, 12, 14 və 16 yaş qruplarında idman dərəcələri normaları müəyyənləşdirilmişdir.
Bir həftə davam edən Respublika turnirində müxtəlif yaş qrupları üzrə oğlan və qızlar arasında 1,2 və 3-cü yerləri tutan şahmatçılara və fərqlənənlərə «Təhsil» Respublika İdman Mərkəzinin diplomları, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin fəxri fərmanları və hədiyyələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]