Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar
Astara, 1 noyabr, İlkin Adıyev, AZƏRTAC
Polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsi, Şiyəkəran və Kələdəhnə kəndlərinin ərazisində keçirilən növbəti tədbirlər zamanı çöl quşlarının qanunsuz ovu ilə məşğul olan R.Feyziyev, R.Mahmudov, X.Məmmədov və Ş.Feyziyev saxlanılıblar.
Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]