ASTARADA TİKİLƏN YARIMSTANSİYA BUAYIN SONUNDA İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Layihədə nəzərdə tutulmuş işlərin 90 faizi görülmüş, ayrı-ayrı hissələrin modul bloklarına qoşulması əməliyyatı həyata keçirilir.
Tikintisi paralel aparılan 110 kilovoltluq yarımstansiyanın inşası da başa çatır. Hər birinin gücü 25 meqavat olan 5 transformator quraşdırılmışdır.
Yarımstansiyadan hərəsinin gücü 45 meqavat olan iki elektrik xətti çıxacaqdır. Onlardan biri Astaraya, digəri isə Masallı və Lənkərana enerji ötürəcəkdir. Gələcəkdə İranla enerji mübadiləsində bu stansiyadan istifadə olunacaqdır.