ASTARADA XOCALI SOYQIRIMININ ON DÖRDÜNCÜİLDÖNÜMÜ QEYD EDİLƏCƏK
Rayonun bütün ərazi nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarda, Astara Pedaqoji Texnikumunda, ümumtəhsil məktəblərində, klub, kitabxana və mədəniyyət evlərində soyqırımı ilə bağlı tədbirlər keçiriləcək, fevralın 24-də bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr ediləcək, Şəhidlər xiyabanında anma mərasimi keçiriləcək, fevralın 26-da saat 17-də rayonun bütün ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.