Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astaranı bir görən heç vaxt onu unutmaz...
Gözəlliyə açılan pəncərə

Bakı, 7 noyabr, AZƏRTAC

Təbiət Astara rayonundan öz nemətlərini əsirgəməyib, bərəkət boğçasını onun üzünə səxavətlə açıb. Mavi gözlü Xəzər hər gecə pıçıldaşan ləpələri ilə şəhərə lay-lay çalır. Talış dağlarından şırıltıyla axan çaylar ümmana qovuşmağa tələsir. Burada meşələrin öz hüsnü, öz gözəlliyi var. Bu meşələr nadir ağac növlərinə görə dünyada məşhurdur. Bulaqların şırıltısı, kəkliklərin qaqqıltısı, ceyranın, cüyürün ürkək yerişi... Bütün bunlar şairlərin “gözəlliyə açılan pəncərə” kimi vəsf etdikləri Astaraya gələn hər kəsi heyran edir.

Azərbaycan və özbək xalqının böyük şairi Maqsud Şeyxzadə 1964-cü ildə Astarada olarkən ona həsr etdiyi şerində bu gözəlliyi belə tərənnüm edib:

“Xəzərində ay batmaz,

Dalğa daşı oyatmaz.

Astaranı bir görən,

Heç vaxt onu unutmaz”.

Astara şəhərində doğulub boya-başa çatan bəstəkar Oqtay Kazımovun həmin şerə bəstələdiyi “Astara” mahnısı neçə vaxtdır dillərdə gəzir.

Astaraya yolu düşən hər bir şəxs buradan gedərkən özü ilə xoş təəssürat və bir dünya gözəllik aparır...

Rəqəmlər böyük inkişafdan xəbər verir
Müstəqil Azərbaycanın bütün regionları kimi, Astara da inkişafının yeni mərhələsini yaşayır. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

Hərtərəfli iqtisadi yüksəliş, sosial tərəqqi müasir Astaranın reallıqlarıdır. Astaralılar buna dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində nail olurlar. Son 10 ildə Prezident İlham Əliyev Astaraya 6 səfər edib və bu səfərlərin nəticəsi olaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 7 Sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası Astaranın da sosial-iqtisadi həyatında böyük dəyişikliklərə səbəb olub, rayonda iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edib, əhalinin maddi rifahı xeyli yüksəlib.

Rayon statistika idarəsinin məlumatına görə, 2003-2013-cü illər ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 5,7 dəfə, o cümlədən sənaye məhsulları 22,3 dəfə, kənd təsərrüfatı məhsulları 3,8 dəfə, pərakəndə ticarət dövriyyəsi 5,1 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 9,5 dəfə artıb. Bu dövrdə rayonda 5464-ü daimi olmaqla 5873 yeni iş yeri açılıb. Əhalinin orta əmək haqqı 8,5 dəfə, pensiyaların məbləği 6,8 dəfə yüksəlib.

Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 77 astaralı sahibkara 3,6 milyon məbləğində güzəştli kredit verilib, məhsul istehsalçılarına dövlət tərəfindən 457 min manat məbləğində yardım edilib. Həmin müddətdə rayonda mənzil fondunun ümumi sahəsi 64,3 faiz artıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzildən ibarət iki yaşayış binası inşa edilib, ümumi sahəsi 74,4 min kvadratmetr olan fərdi evlər tikilib.

Sosial məsələlərin həllinə diqqət artırılıb
İqtisadiyyatın bütün sahələrində qazanılan uğurlu nəticələr sosial məsələlərin həllinə də imkan yaradıb. Rayonda bir sıra infrastruktur layihələr həyata keçirilib, bir sıra mühüm obyektlər tikilərək istifadəyə verilib.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq son 10 ildə Astara rayonunun şəhər, qəsəbə və kəndlərində 7180 şagird yerlik 31 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 1480 şagird yerlik 5 məktəb binası inşa edilib, 5210 şagird yerlik 11 məktəb binası isə əsaslı təmir olunub.

Azərbaycanın bütün bölgələri kimi, Astaranın inkişafına da daim yüksək qayğı göstərmiş Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Astara şəhərində Heydər Əliyev Mərkəzi inşa edilib. Mərkəzdə Ulu Öndərin genişmiqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən 180 eksponatdan ibarət ekspozisiya zalı, elektron kitabxana, sərgi salonu, dekorativ tətbiqi sənət bölməsi, rəsm və şahmat studiyaları fəaliyyət göstərir. Şəhərdəki Gənclər Evində yaradılmış internet və şahmat klubları, çay evi asudə vaxtın səmərəli təşkilinə imkan verir.

Astara Olimpiya İdman Kompleksində 936 tamaşaçı yeri olan böyük idman zalı , 172 yerlik üzgüçülük hovuzu, trenajor zalları, qonaq evi, konfrans zalı, 4 kottec var. Kompleksin ərazisində mini-futbol, tennis, voleybol, basketbol meydançaları salınıb. Burada respublika və beynəlxalq əhəmiyyətli idman yarışları keçirilir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 126 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası yenidən qurulub, Astara Elektrik Stansiyası, Qaz Kompressor Stansiyası inşa edilərək istifadəyə verilib, Astara Gömrük İdarəsinin sərhəd-keçid məntəqəsi yenidən qurulub.

Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Astarada avtomobil yolları yenidən qurulur. 20 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 19 kilometr olan Astara-Bala-Şahağac, 19 min əhalinin yaşadığı 22 kəndi birləşdirən, 11 kilometr uzunluğunda Kijabə-Ojakəran və Kijabə-Qacimardə, 33 min əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 17,5 kilometr olan Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə dairəvi, Siyaku-Rinə və 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolları əsaslı təmir edilərək asfaltlaşdırılıb.

Dördulduzlu “Şindan” hoteli, “Abşeron” və “Relax” turizm və istirahət mərkəzləri rayonun turizm imkanlarını genişləndirib.

Hazırda Astara şəhərində 8 hektar ərazidə dənizkənarı park-bulvarın, Telman kəndində çay emalı fabrikinin və Züngüləş kəndi ərazisində “Astara-1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir.

Son illər rayonun 40-a yaxın yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa edilib. Yaxın vaxtlarda Astara şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılacaq.

Aqrar sektorda islahatlar uğurla davam etdirilir

Astara kənd təsərrüfatı rayonudur. Burada əsasən tərəvəzçilik, çayçılıq, sitrusçuluq, taxılçılıq və heyvandarlıq inkişaf edib. Məhsul istehsalçılarına verilən subsiyadalar, güzəştli kreditlər fermerlərin və torpaq mülkiyyətçilərinin kənd təsərrüfatına marağını artırıb.

Rayonda ənənəvi və gəlirli təsərrüfat sahələrindən olan çayçılığın stimullaşdırılması üçün emal bazasının inkişaf etdirilməsi istiqamətində iş aparılır. Bu məqsədlə Astara şəhərindəki 2 nömrəli çay fabriki yenidən qurulub. “Astara çay“ MMC adı ilə fəaliyyətə başlayan fabrikdə 200 nəfər işlə təmin olunub. Rayonda 95 hektar çay plantasiyası bərpa edilib, 130 hektar yeni çay plantasiyası salınıb. Şüvi və Ojakəran kəndlərinin ərazisində çayçılıq təsərrüfatları yaradılıb.

Hazırda rayonda çay plantasiyalarının sahəsi 200 hektara çatır. Bu ilin sonunadək daha 50 hektar yeni çay plantasiyası salınacaq.

Rayonda çəltikçiliyi inkişaf etdirmək məqsədilə Türkiyədən yeni texnika və avadanlıqlar gətirilib. İstehsal edilən kənd təsərrüfatı məhsullarını saxlamaq üçün iki taxıl anbarı və soyuducu kamera tikilib.

Azərbaycanın cənub qapısı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Astaraya səfəri zamanı rayon haqqında dediyi sözlər hər bir astaralıda qürur hissi doğurur: “Astara müstəqil Azərbaycanın cənubunda Azərbaycanın qapısıdır, Azərbaycanın dayaq nöqtəsidir, Azərbaycanın sütunlarından biridir... Müstəqil Azərbaycanın həyatında astaralılar çox əhəmiyyətli rol oynayırlar. Öz tarixi vəzifələrini yerinə yetirirlər və Azərbaycanın dövlətçiliyinin inkişaf etdirilməsi yolunda böyük xidmətlər göstərirlər”.

Doğma respublikamızın hər bir guşəsi kimi, Astara da günü-gündən inkişaf edir, gözəl diyara çevrilir, kəndlərə şəhər mədəniyyəti gəlir. Astaranın çayı, tərəvəzi, limonu, naringisi süfrələri bəzəyir, xarici bazarlarda satılır.

Doğma Azərbaycanımızın bir parçası olan Astara özünün intibah dövrünü yaşamaqdadır. Əhalinin yaşayış səviyyəsi, həyat tərzi yaxşılaşır, iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr qazanılır.

Bütün bunlar son 10 ilin mənzərəsidir. Qarşıdan isə inkişafın yeni mərhələsi gəlir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında Astara rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası rayonun inkişafında əhəmiyyətli rol oynayacaq, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdıracaq.

Bağır Əliyev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb