ASTEROİD PLANETİMİZDƏN YAN KEÇƏCƏK
Martın 19-na keçən gecə o, Yer kürəsinə maksimum yaxın məsafədə olacaq ki, bu da səma cisimləri üzərində müşahidələrin bütün tarixi ərzində astronomların qeydə aldıqları ən yaxın məsafədir. Asteroid çox böyük deyil, diametri cəmi 30 metrdir. Gecə səmasında işıq saçan obyekti Avropa və Asiya sakinləri müşahidə edə biləcəklər.
Bu asteroidin planetmizlə toqquşması təhlükəsinin olmadığını ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanı Tədqiq Agentliyinin (NASA) mütəxəssisləri də təsdiqləmişlər.