A.ŞVARTSENEGGER NOBEL MÜKAFATINA NAMİZƏDİ ƏFV ETMƏDİ
“Krips” küçə quldur dəstəsinin başçısı olmuş Tuki quldurluğa və 4 nəfəri qətlə yetirdiyinə görə 1981-ci ildə Los-Anceles məhkəməsi tərəfindən məhkum olunmuşdu. Sonralar o, həbsxanada öz quldur keçmişinə görə peşman olduğunu bildirmiş və hətta uşaqlar üçün küçə quldur dəstələrinin, ümumiyyətlə zorakılığın zərərindən bəhs edən bir neçə kitab yazmışdır.
Tukinin dostları gənclər arasında cinayətkarlığı aradan qaldırmaq üçün göstərdiyi səylərə görə onun Nobel mükafatına namizədliyini irəli sürmüşdülər. Nobel komitəsi Stenlinin namizədliyi barədə ərizəni qəbul etmişdi.
Uilyams Kaliforniya Ali Məhkəməsinə cəzasının yüngülləşdirilməsi barədə dəfələrlə xahiş ərizəsi göndərsə də, onun xahişi rədd olunmuşdu. Qanuna görə yalnız ştatın qubernatoru və ya federal hakimiyyət orqanları məhkəmənin qəti hökmünü dəyişə bilərlər.
51 yaşlı Uilyams dekabrın 13-də Sen Kventin həbsxanasında zəhərli iynə vurulmaqla edam olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]