“At gücləri” bir arada - klassik avtomobil yürüşü və çövkən yarışı olacaq
Bakı, 13 iyun, AZƏRTAC
Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə təşkil olunacaq.
Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.
Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək.
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün nəqliyyat vasitələrinin sahibləri AAF-ın elektron ünvanı [email protected] və ya +99450 295 01 00 nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]