“ATASPORT” XOKKEY KOMANDASI ALMANİYAYA YOLA DÜŞMÜŞDÜR
İyunun 2-5-də Berlində keçiriləcək yarışlarda 8 komanda iki yarımqrupda mübarizə aparacaqdır. “B” qrupunda təmsil olunan “Atasport” iyunun 2-də Belarusun “Ritm”, bir gün sonra Şotlandiyanın “Bonaqrass”, ayın 4-də isə İngiltərənin “Kanterberi” klubları ilə qarşılaşacaqdır.
“A” qrupunda isə Hollandiyanın “Hertogemboş”, Almaniyanın “Berliner”, İspaniyanın “Terrassa” və İrlandiyanın “Peqasus” komandaları təmsil olunurlar. Qruplarda birinci yeri tutan komandalar qızıl medal, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaqlar. Qruplarda sonuncu yerlərdə olan komandalar çempionlar liqasının güclülər dəstəsini tərk edəcəklər. Onların əvəzinə yüksək liqaya Avropa çempionatının “Trofi” yarışlarında ilk iki yeri tutan yığmalar gələcəkdir.
Xatırladaq ki, 32-ci dəfə keçirilən Avropa çempionlar liqası kubokunu 27 dəfə Hollandiyanın “Hertogemboş” komandası qazanmışdır. Ötənilki yarışların finalında “Atasport” komandası həmin kluba uduzaraq, gümüş medala sahib olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]