“ATATÜRK VƏ TÜRKÇÜLÜK” MÖVZUSUNDA KİTAB SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə mövzu ilə bağlı Azərbaycan, türk, rus, ingilis dillərində 100-ə yaxın kitab, müxtəlif qəzet və jurnal materialı nümayiş etdirilir. “Mustafa Kamal Atatürkün həyat və yaradıcılığı”, “Türkiyə və türkçülük”, “Türkiyə-Azərbaycan əlaqələri” mövzularında Bakıda, Ankarada, İstanbulda nəşr olunmuş əsərlər diqqəti daha çox cəlb edir. Sərgidə Azərbaycanda Atatürk Mərkəzinin nəşrləri ayrıca bölmədə təmsil olunur.
Tədbirdə Mədəniyyət Nazirliyinin, Türkiyənin ölkəmizdəki səfirliyinin, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin nümayəndələri iştirak etmişlər.