Atçılığın konkur növü üzrə “Polad kuboku”nun ilk qalibləri müəyyənləşib
Bakı, 24 mart, AZƏRTAC
Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Polad kuboku” turnirinin ilk mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə idmançılar “E” (80-85 sm) və “M*” (120-125 sm) kateqoriyaları üzrə mübarizə aparıblar.
“E” kateqoriyası üzrə yarışda birinci yerə “Wasab 1” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov layiq görülüb. İkinci yeri “Emily Du Barbour” ləqəbli atla “Omar” klubunun idmançısı Nurlan Rüstəmov tutub. Bürünc medala isə “Atçılıq” məktəbinin idmançısı Ramil İbrahimov “Light Limerick” ləqəbli atla sahib olub.
“M*” kateqoriyası üzrə yarışda ilk pilləyə isə “Francessco” ləqəbli atla “Omar” klubunun idmançısı Ələkbər Məmmədov yüksəlib. İkinci yeri “Cissy” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Seyid Musayev, üçüncü yeri isə “Xəzər” ləqəbli atla “Gilan” klubunun idmançısı Rahib İsmayılov tutublar.
Yarışın ümumi mükafat fondu 5 min manat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]