ATƏT AZƏRBAYCAN MƏTBUATINDA EKOLOGİYA MÖVZUSUNDA ƏN YAXŞI MƏQALƏ ÜÇÜN MÜSABİQƏNİN NƏTİCƏLƏRİNİ ELAN ETMİŞDİR
Müsabiqədə 120-dən artıq məqalə göndərən 50 jurnalist iştirak edirdi. P.Burhardın sözlərinə görə, onları təkcə məqalələrin sayı deyil, keyfiyyəti də heyrətə gətirmişdir. Nigar Məcidova içməli suyun çirklənməsi problemləri haqqında məqaləsinə görə birinci yeri tutaraq, 750 dollar məbləğində pul mükafatı almışdır. Gülgəz Süleymanova Xəzər dənizinin neftlə çirklənməsi mövzusunda məqaləsinə görə ikinci yeri (500 dollar) və Sevinc Heydərova ağacların qorunması barədə məqaləyə görə üçüncü yeri (250 dollar) tutmuşlar. Jurnalist Abbas Abbasov külək energetikasına dair məqaləsinə görə həvəsləndirici mükafat (250 dollar) almışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi İsa Əliyev müsabiqənin təşkilinə görə cənab Burharda minnətdarlığını bildirərək demişdir ki, nazirliyin jurnalistlərlə əməkdaşlığa böyük ehtiyacı var.