ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstan Prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Tbilisi, 11 aprel, AZƏRTAC
Gürcüstana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Prezident Salome Zurabişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə regionda cərəyan edən hadisələr və Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət müzakirə edilib. Söhbət zamanı regionun və Avropanın təhlükəsizliyinin təmin edilməsi, Rusiya-Ukrayna müharibəsi də diqqət mərkəzində olub, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyi vurğulanıb.
Prezident Salome Zurabişvili ATƏT-in fəaliyyətdə olan sədrinə Gürcüstanın işğal olunmuş ərazilərində insan haqları və humanitar vəziyyət barədə məlumat verib. Dövlət başçısı səmərəli əməkdaşlığa, demokratiyanın möhkəmləndirilməsi, mühüm islahatların həyata keçirilməsi baxımından ATƏT-in verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Buyar Osmani ATƏT-in Gürcüstanda institusional islahatlara dəstəyini daha da gücləndirməyə hazır olduğunu qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]