ATƏT-in müşahidəçisi Artur Gerasimov: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam
Bakı, 9 fevral, AZƏRTAC
Səsvermənin gedişində indiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam.
Bunu AZƏRTAC-a müsahibəsində ATƏT-in müşahidəçisi Artur Gerasimov deyib.
Müşahidəçi bildirib ki, hazırda ATƏT-in 360-dək müşahidəçisi Azərbaycanda keçirilən seçkiləri izləyir.
“Biz seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyasının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, partiyaların təmsilçiləri ilə görüşmüşük, kifayət qədər məlumatımız var. Hazırda bizim nümayəndələrimiz bütün ölkə üzrə seçkiləri müşahidə edirlər. Bütün məlumatları toplayıb analiz etdikdən sonra mətbuat konfransı keçirəcəyik”, - deyə Artur Gerasimov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]