Atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 1 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları arasında keçirilən atıcılığın stend növü üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilən birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışın yekun nəticəsinə əsasən qalib adını Nurəddin Aslanov (Dövlət Gömrük Komitəsi) qazanıb. Digər iki pillədə isə Ramiq İsmayılov (Dövlət Təhlükəsizliyi Xidməti) və Elnur Zellabdinov (Miqrasiya Xidməti) qərarlaşıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, birinciliyi keçirməkdə məqsəd muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində idmanın inkişafından, stend idman növünün hüquq-mühafizə orqanlarının əməkdaşları arasında təbliğ edilməsindən, əməkdaşlar arasında dostluq əlaqələrinin gücləndirilməsindən və ən yaxşı atıcıların müəyyən edilməsindən ibarət olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]
Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [11:52]