Atlantik Şuranın təşkil etdiyi konfransın məruzəçiləri ABŞ vitse-prezidenti ilə görüşüblər
Vaşinqton, 30 yanvar, AZƏRTAC
ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şuranın hazırda Avropa İttifaqına sədrlik edən Latviya ilə birgə yanvarın 29-30-da Vaşinqtonda təşkil etdiyi “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” adlı konfransa dəvət olunmuş məruzəçilər Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden ilə görüşüblər.
Konfransda Azərbaycanı təmsil edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov görüşdə iştirak edib.
Toplantı zamanı Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında iştirakı və perspektivlər də müzakirə olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib, həmçinin ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindən söhbət açılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [13:52]