Atletika üzrə dünya çempionu 29 yaşında vəfat edib
Bakı, 19 yanvar, AZƏRTAC
Atletika üzrə dünya çempionu Şon Barber vəfat edib.
AZƏRTAC KİV-lərə istinadən xəbər verir ki, şüvüllə tullanma növündə çıxış etmiş atlet 29 yaşında dünyasını dəyişib.
İdmançının agenti Pol Doyl da sosial şəbəkə hesabında bu xəbəri təsdiqləyib. Ölümün səbəbi açıqlanmasa da, son vaxtlar kanadalının səhhətində bəzi problemlərin olduğu bildirilib.
Şon Barber 2016-cı ildə qanında kokain aşkarlanmasına baxmayaraq, Rio Yay Olimpiya Oyunlarında iştirak edib. Həkimlər həmin vaxt qadağan olunmuş maddənin onun bədəninə xəbəri olmadan daxil olduğunu vurğulayıblar.
Qeyd edək ki, Şon Barber 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 5,9 metr göstərici ilə qızıl medal qazanıb. O, həmin il Torontoda təşkil edilmiş Panamerika Oyunlarının qalibi də olub. Atlet həmçinin şüvüllə tullanma üzrə Kanada rekordunun (6 metr) sahibidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]