“Atletiko” klubundan qeyri-adi rekord
Bakı, 25 aprel, AZƏRTAC
İspaniyanın “Atletiko” futbol klubu qeyri-adi rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, Madrid klubu İspaniya La Liqasında ardıcıl 33-cü oyunu penalti yerinə yetirmədən keçirib.
Madrid təmsilçisi son olaraq XXX turda “Barselona” (0:1) ilə qarşılaşmada penalti qazanmayıb. Dieqo Simeonenin yetirmələrinin lehinə təyin olunan sonuncu onbirmetrlik zərbə 350 gün əvvələ təsadüf edir.
Madrid təmsilçisi klub tarixinin mütləq rekorduna imza atıb. Komandanın bunadək penaltisiz ən uzun seriyası 1941-1942-ci və 1942-1943-cü il mövsümlərinə təsadüf edir. 80 il əvvəl “Atletiko” ardıcıl 32 matçda penalti yerinə yetirməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]