ATLETLƏRİN BAKI ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 11-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər qış çempionatının açılış mərasimi olmuşdur.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən çempionatdan məqsəd paytaxtda atletika idman növünü təbliğ və inkişaf etdirmək, respublika yarışlarına namizədləri müəyyənləşdirmək, idmançıların ustalıq səviyyəsini artırmaqdır.
Mərasimdə çıxış edən Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə yenicə başlanan 2008-ci ilin mühüm idman hadisələri ilə zəngin olacağını bildirmişdir. Cari ildə həmçinin Pekin Yay Olimpiya Oyunlarının keçiriləyəcəyini diqqətə çatdıran Ç.Hüseynzadə Azərbaycan idmançılarının bu möhtəşəm yarışa ciddi hazırlaşdığını söyləmişdir.
Federasiyanın prezidenti atletika idman növünə qayğı göstərdiyinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyinə minnətdarlıq etmiş və yarış iştirakçılarına uğurlar arzulamışdır.
120-yə yaxın idmançının iştirak etdiyi yarışda proqramın hər bir növündə I, II və III yerləri tutacaq atletlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və ya pul mükafatları ilə təltif olunacaqlar.
Tədbir yanvarın 12-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]